X.Qasımova “Report”un sorğusuna cavab olaraq onlarda belə məlumatın olmadığını deyib: “Bu xəbər düzgün deyil”.
Qeyd edək ki, keçən həftə A.Alışanovun avtomobili cərimə meydançasına aparılıb. Buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır. Belə ki, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.