"Report" xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs "European Western Balkans"a müsahibəsində "Şərq Tərəfdaşlığı" proqramı ölkələrinin Avrointeqrasiya proseslərini şərh edərkən deyib.
"Üç ölkə - Ukrayna, Moldova və Gürcüstan Aİ-yə üzv olmaq istəyir. Eyni zamanda, Aİ-yə qoşulmaq istəməyən Belarus, Ermənistan və Azərbaycan da var. Biz bu qərarlara hörmət edirik. Hər kəsin xalqların və hökumətlərin qərarlarına hörmət etməli olduğuna inanırıq", - latviyalı diplomat vurğulayıb.
Xatırladaq ki, Aİ-nin altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb.