Trampın İranla bağlı qərarı necə olacaq? -

“ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verə bilməz”.

Metbuat.az-ın məlumatına görə, prezident Donald Tramp “Ağ ev”də hərbi qurum rəhbərləriylə görüşündə belə açıqlama ilə çıxış edib.

O hesab edir ki, Tehran nüvə anlaşmasına sadiq deyil. İran hakimiyyətini terroru dəstəkləməkdə ittiham edən Tramp, əsas məqsədinin Tehranın nüvə ambisiyalarına son qoymaq olduğunu bildirib.

“Ağ ev” rəhbəri qeyd edib ki, yaxın günlərdə nüvə anlaşmasının taleyi ilə bağlı dəqiq qərarını ictimaiyyətə bildirəcək. Bəzi mənbələrə görə, Tramp artıq oktyabrın 12-də İranla bağlı yeni strategiyasını açıqlayacaq.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR