Millimiz üçün təsəlli oyun - Bu gün

Millimiz üçün təsəlli oyun - Bu gün
10:57 16 Oktyabr 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 11-ci qrupda mübarizə aparan U-17 millimiz son oyununa çıxacaq. Bundan öncə keçirdiyi qarşılaşmalarda İrlandiyaya 0:6, Ukraynaya isə 1:6 hesabıyla uduzan yığmamız Boqlarıstanla matça təsəlli üçün çıxacaq.

Bolqarlar da millimizlə oxşar vəziyyətdədi. Balkanlılar da qrupda keçirdiyi hər iki oyunu məğlubiyyətlə başa vurub. Sadəcə, millimizdən fərqli olaraq, rəqib bu oyunlarda daha kiçik hesabla (hər iki matçda 0:3) uduzub.

Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Avropa çempionatının seçmə mərhələsi (U-17)

16 oktyabr

19:30 Azərbaycan - Bolqarıstan

1. İrlandiya - 6, 2. Ukrayna - 6, 3. Bolqarıstan - 0, 4. Azərbaycan - 0.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/590559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR