BANM-dən "Report"a verilən məlumata görə, universitetlərarası əməkdaşlığın və dostluğun yaradılması məqsədilə təşkil olunan görüşdə BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqları Ali Məktəbin strukturu, fəaliyyəti və qısa müddətdə əldə etdiyi nailiyyətləri ilə tanış edib. Professor Lyuben Totev BANM-də təhsil alan tələbələrin bilik səviyyələrinin statistik göstəriciləri ilə maraqlanaraq bu nəticələri çox yüksək qiymətləndirib.
BANM və onun fəaliyyətinə böyük maraq göstərən qonaqlar gələcəkdə yarana biləcək birgə əməkdaşlığın müxtəlif sahələrindən danışıb.
Görüşün sonunda qonaqlar Ali Məktəbi gəzərək onun fəaliyyəti ilə daha yaxından tanış olublar.