Ləhcə ilə danışanlar cərimələnəcək

"Ədəbi dil pozuntularına qarşı tətbiq ediləcək cərimələrin miqdarı müəyyənləşdirilir".

Bunu Metbuat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib:

“Cərimələr əsasən reklam lövhələri, reklam çarxları ilə bağlı hüquqi şəxslərə və televiziya-radio rəhbərlərinə ünvanlanıb ki, etik normaları pozan aparıcıları efirə buraxmasın. Cərimələrlə bağlı layihəni təklif etməyimizdə əsas məqsəd Kütləvi İnformasiya Vasitələrinin dilində ədəbi dil normalarının qorunması məsələsidir”.

Sevinc Əliyeva qeyd edib ki, monitorinq şöbəsi tərəfindən təkliflər verilib:

“Hazırda layihə üzərində iş gedir. Bununla bağlı nizamnamə qəbul olunduqdan sonra cərimələrin icrası üçün aidiyyəti qurumlara təqdim ediləcək”.

Qeyd edək ki, cərimələr fiziki şəxslərə aid deyil.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR