Türkiyədə fövqəladə vəziyyət yenə uzadıldı -

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılıb.

Metbuat.az-ın məlumatına görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurası iclasının yekunu olaraq Türkiyənin vitse-prezidenti Bəkir Bozdağ bildirib. Onun sözlərinə görə, qəbul edilmiş qərar Türkiyə Böyük Millət Məclisinə göndərilib.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR