"Report" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Scenari İnternazionali” online jurnalına müsahibəsində bildirib.
Müsahibəsində diplomat tədbirin keçiriləcəyi 18 oktyabr tarixinin Azərbaycan tarixində önəmli günlərdən olduğunu, 1991-ci il həmin tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edildiyini deyib.
M.Əhmədzadə cari il ərzində Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin 25 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini, bu tədbirlərin iki ölkə arasında münasibətlərdə əldə edilmiş nəticələrin geniş ictimaiyyətə təqdim olunması üçün əhəmiyyətli olduğunu qeyd edib, İtaliya Senatında təşkil olunacaq konfransda hər iki ölkədən hökumət və parlament rəsmilərinin iştirak edəcəyini və Azərbaycan-İtaliya strateji tərəfdaşlığının bütün aspektlərinin müzakirə olunacağını bildirib.
Diplomat eləcə də Azərbaycan-İtaliya əməkdaşlığı, Azərbaycan-Avropa İttifaqı münasibətləri, Azərbaycanda davamlı inkişafın təmin olunması istiqamətində atılan addımlar və onların nəticələri, ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlərlə bağlı sualları cavablandırıb.