Hansı bölgəyə nə qədər qar yağıb?

Hansı bölgəyə nə qədər qar yağıb?
10:13 17 Oktyabr 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkə ərazisində oktyabrın 16-sı gündüzdən 17-si səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımasında və Abşeron dəniz rayonunda arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-15, Lənkəran-Astara zonasında 9-14, Böyük Qafqazda 1-13, Mərkəzi-Aran rayonlarında 1-8, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə zonasında 0-4, Naxçıvan MR-da 0-6 mm olub.

Qar örtüyünün hündürlüyü Qırızda 9, Xınalıq və Şahdağda 4 sm təşkil edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/217272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR