BNA "Qarabağ" - "Atletiko" matçı ilə əlaqədar gücləndirilmiş rejimdə çalışacaq

BNA "Qarabağ" - "Atletiko" matçı ilə əlaqədar gücləndirilmiş rejimdə çalışacaq
17:17 17 Oktyabr 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Oktyabrın 18-də "Qarabağ" və İspaniyanın "Atletiko" komandaları arasında keçiriləcək futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III tur matçı ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) gücləndirilmiş iş rejimində çalışacaq. 
"Report"un BNA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, eləcə də digər metro stansiyalarının ətrafındakı dayanacaqlarda marşrut xətlərinin faəliyyətinə nəzarət əlavə işçi qüvvəsi cəlb edilməklə gücləndiriləcək. Oyundan sonra “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin vaxtında, rahat və təhlükəsiz daşınması əvvəlcədən nəzərdə tutulan plana uyğun təmin ediləcək. Şəhər mərkəzi, həmçinin, ətraf kənd və qəsəbələrə xidmət edən 32 marşrut xətti üzrə avtobusların hərəkət intervalı əlavə nəqliyyat vasitələri cəlb edilməklə maksimum dərəcədə azaldılacaq.
BNA “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən istifadə edəcək azarkeşlərə hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etməyi tövsiyə edir.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bna-qarabag-atletiko-matci-ile-elaqedar-guclendirilmis-rejimde-calisacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR