Maliyyə Nazirliyi 20 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi 20 mln. manatlıq istiqraz yerləşdirib
18:27 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104026544 ISIN-li, 20 mln. manatlıq, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 7 investor 18 sifariş təqdim edib.
Sifarişlərin qiyməti 94,9613 manat (10,7000%) – 97,1106 manat (6,0000%) olub.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 51 141 200 manat olub.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 95,9554 manat (6,5%), orta ölçülmüş qiyməti isə 96,1376 manat (8,1017%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 20 mln. manat təşkil edib.
Qiymətli kağızların ödəmə tarixi 18 oktyabr 2018-ci ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/maliyye-nazirliyi-20-mln-manatliq-istiqraz-yerlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR