28 dərəcə şaxta olacaq

28 dərəcə şaxta olacaq
12:51 9 Yanvar 2015
153 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda havanın yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Deparatmentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi arabir güclənəcək.

Temperatur gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.

Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, Lənkəran-Astara ərazisində arabir yağıntı olacağı ehtimal olunur. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Temperatur aran rayonlarında gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Dağlıq rayonlarda gecə 12-17, yüksək dağlıq ərazilərdə gecə 23-28 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərcəyədək isti olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR