Bakıda torpaq bahalaşıb - VİDEO

Bakıda torpaq bahalaşıb - VİDEO
21:12 17 Oktyabr 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda torpaq bazarında qiymətlər artıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, artıma ucuz torpaqların bazardan çıxması səbəb olub. Belə ki, yay aylarında ucuz torpaqlar satıldığından, bazarda yalnız bahalı torpaqlar qalıb. Bu amil də qiymət artımına səbəb olub ki, bu da sentyabr ayı üzrə ortalama olaraq 1,61 faiz qeydə alınıb.
Zonalar üzrə torpaq bazarındakı qiymətlərə nəzər yetirdikdə isə məlum olur ki, şəhərin mərkəzi hissələrində qiymətlər 1 sota görə 150-250 min manat arasında dəyişir.
Ən çox artım Şəhidlər Xiyabanı və Mətbuat prospekti ətrafında, həmçinin Qaradağ, Xəzər və Sabunçu rayonlarinda müşahidə olunub. Burada bahalaşma ortalama olaraq 7,6 faiz qeydə alınıb. Bahalaşan torpaqların qiymətləri isə ərazidən asılı olaraq 4100 - 107 min manat arasında dəyişir.
Torpaq bazarında ən çox azalma müşahidə olunan bölgələr isə Binəqədi, Əmircan və Bülbülə qəsəbələri ilə Yasamal rayonunun bir hissəsidir. Burada qiymətlər 7-32 min manat arasında dəyişir. Ucuzlaşma nisbəti isə 8,7 faiz qeydə alınıb.
Ekspertlər hesab edirlər ki, payız-qış aylarında qiymətlərdə bahalaşma müşahidə olunmayacaq. Yəni qiymətlər ya stabil qalacaq, ya da az da olsa azalacaq. Bu da həmin aylarda tikinti işlərinin azalması ilə əlaqədardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/591196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR