İraq ordusu Mosuldakı su anbarına nəzarəti bərpa edib

İraq ordusu Mosuldakı su anbarına nəzarəti bərpa edib
10:27 18 Oktyabr 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ İraqın mərkəzi hakimiyyəti Mosul su anbarı üzərində nəzarəti bərpa edib.
“Report” "Haberler"ə istinadən xəbər verir ki, bunu “İttihadiyyə” Polis Təşkilatının rəsmi nümayəndəsi Əli Əkbər əl-Hafaci bildirib.
Onun sözlərinə görə, su anbarı üzərində Bağdadın nəzarətini bərpa edərkən “Haşdi-Şabi” silahlıları ilə İraqın şimalındakı Kürd Muxtar Əyalətinin hökumətinə bağlı “peşmərgə” silahlı dəstəsi arasında atışma olub. Polis rəsmisi deyib ki, 3 saat davam edən atışma nəticəsində “Haşdi-Şabi”nin 8, “peşmərgə”nin 1 silahlısı öldürülüb, 11 nəfər yaralanıb.
Məlumatda bildirilib ki, İraq ordusu Ninova vilayətindəki su anbarın üzərində də nəzarəti bərpa edib.
Qeyd edək ki, Mosul su anbarı İraqın ən böyük su anbarıdır. Bu süni su hövzəsi ölkənin su ehtiyaclarını ödəməklə yanaşı, enerji mənbələrinin nəzarətə alınması baxımından çox əhəmiyyətli sayılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raq-ordusu-mosuldaki-su-anbarina-nezareti-berpa-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR