Sakinləri narahat edən zibil yeşikləri əvvəlki yerinə qaytarıldı - FOTO

Sakinləri narahat edən zibil yeşikləri əvvəlki yerinə qaytarıldı - FOTO
18:12 18 Oktyabr 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda, IV mikrorayon ərazisində Mirmahmud Kazımovski (keçmiş Cavadxan) küçəsindəki məişət tullantılarının atıldığı zibil yeşiklərinin yer problemi həllini tapıb.  

Milli.Az report-a istinadən xəbər verir ki, həmin ərazidə yaşayan sakinlərin ciddi narazılığına səbəb olan zibil yeşikləri əvvəki yerinə qaytarılıb, ətrafı isə yuyularaq təmizlənib.

Qeyd edək ki, bir neçə binanın sakinlərinin məişət tullantılarını atdıqları yeşiklər cari ilin yayında əvvəlki yerindən götürülərək marketlərdən birinin divarına bitişik qoyulmuşdu. Bu da hər gün həmin ərzaq mağazasına getmək, yaxud da yaxınlıqdan keçmək istəyən vətəndaşların, xüsusilə məktəbə gedən balacaların məişət tullantılarının üfunətli iyini ciyərlərinə çəkmək məcburiyyətində qoyurdu. Hətta insanlar zibil qutularından axan üfunətli sulara ayaq basaraq keçməli olur, bu da mikrobların, bakteriyaların evlərə, sinif otaqlarına daşınmasına gətririb çıxarırdı. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/591501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR