Firuzə Cəlilovanın şənbə və bazar göruşləri - FOTO

Firuzə Cəlilovanın şənbə və bazar göruşləri - FOTO
19:17 18 Oktyabr 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Şənbə səhərini "Oyan Azərbaycan"da Belarus analar gününü qeyd edərək açan Firuzə Cəlilovanın bu dəfəki qonağı "Evdəkilərə salam" verilişinin aparıcısı Aytəkin Mərdanova və balaca qızı oldu. Söhbət zamanı Aytəkinin yaxşı ana və ya yaxşı aparıcı olduğunu öyrəndik.

"Vinni Pux" obrazının yarandığı tarixə təsadüf edən buraxılışda, çox bilmiş Kafiyə Orucovanın vasitəsi ilə Vinninin yaranma tarixini öyrəndik. Nuranə Həmidova bizə "Mən qadınam" deyən kikboksçu çempionumuzu tanıdarkən, bişirib-düşürən Həmid Mahmudov biri-birindən gözəl və dadlı səhər yeməkləri bişirdi. Şarmlı Gülnar Məmmədova Plates ilə fit olmağa çalışarkən, İşə salan Vasif Həsənovun anası araşdırmaçı Seva Şirinovanı yun çubuğu ilə döydü. Aparıcı Firuzə Cəlilova Orxan Əliyev ilə birgə "Formula 1" yarışına "Niyə də yox" dedi. Yuxubaz Səid Qurbanov isə bu dəfə yuxuda ölümlə mübarizə apardı.

Bazar efirinə isə "Oyan Azərbaycan" "Dünya əl yuma" gününü qeyd edərək başladı. Studiyada bişirilən sabun ilə əlini yuyan Firuzə Cəlilovaya araşdırmaçı Sevinc Şirinova əl yumamağın fəsadlarından danışdı. "Dünya çörək günü"nü qeyd edən Həmid Mahmudov isə əlini yuyub çörək bişirməyə cəhd edərkən, çörəyi yandırdı. Nuranə Həmidova ilə Vasif Həsənov da 1:0 yarışında kürəyə çörək yapdılar.

Ayağında rezin çəkmə, başında yaylıqla efirə çıxan aparıcı "Dünya Kənd Qadınları" gününü kənddə işləyən şəhərli müəllimə Sevinc Məmmədova ilə qeyd etdi. Kəndçi Heydər Rəsulzadə kəndləri dolaşarkən, "İş verən" Tapdıq Zamanlı bu dəfə də iş axtaranları iş ilə təmin etdi. Dostlarını da özü ilə birgə qorxulu yuxuya aparan yuxubaz Səidi Qurbanovu şillə ilə oyatdılar. "Dünya ağ əsa" gününü isə "Oyan Azərbaycan" görmə məhdudiyyətli toxucu Elçin Quliyev və Paralimpiya çempionu İlham Zəkiyev ilə birgə qeyd etdi.

"Oyan Azərbaycan" verilişini aparıcı-jurnalist Firuzə Cəlilovanın təqdimatında şənbə və bazar günləri saat 09.00-dan 11:00-dək Xəzər TV-nin efirində izləməyi unutmayın.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/591521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR