Bakıda qaçırılan avtomobil kameraya düşdü

Bakıda qaçırılan avtomobil kameraya düşdü
13:59 19 Oktyabr 2017
28 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda avtomobil qaçırmış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 18-də saat 2 radələrində Xətai rayonunun Nobel prospektindən Bakı şəhər sakini Mirsadiq Vahabova məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb.

 

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin həmin gün saat 6 radələrində Nərimanov rayonu S.Vurğun küçəsində hərəkətdə olması aşkar edilib.

 

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə avtomobil saxlanılıb və onu idarə edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əşrəfəli Mürşüdovla birgə Xətai RPİ-yə təhvil verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286023

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR