İslamda abort etdirmək varmı?

İslamda abort etdirmək varmı?
21:57 19 Oktyabr 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

İslamda abortun caiz olan yönü, günah olan yönü və cinayət olan yönü vardır.

Caiz olan yönü: Əgər hamiləlik, qadının həyatına və səhhətinə zərər verirsə, o zaman abort caizdir.
Günah olan yönü: Əgər dünyəvi məsələlərdən, məsələn; keçindirmək qorxusu, baxmaq qorxusu ilə abort edilirsə, o zaman abort günahdır. Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, bu barədə Allah belə buyurur: "Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır." (İsra, 17/31.)
Yuxarıdakı iki hökm, qadının hamiləliyinin 5-ci ayına qədər keçən dövrə aiddir.

Cinayət olan yönü: Əgər hamiləlik müddəti 5-ci aya daxil olmuşsa və qadının həyati təhlükəsi də yoxdursa, abort etdirməsi cinayətdir. Çünki, hamiləliyin 5-ci ayında ana bətnindəki uşağa ruh üflənir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/591145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR