Azərbaycana 20-25 min pakistanlı gəlib - Birbaşa aviareys aktualdır?

Azərbaycana 20-25 min pakistanlı gəlib - Birbaşa aviareys aktualdır?
08:27 20 Oktyabr 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanla Azərbaycan arasında birbaşa aviareysin açılmasının vaxtı çatıb.

Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Onun sözlərinə görə, hər il Azərbaycana çoxlu sayda pakistanlı səfər edir: "Məsələn, bu il Azərbaycana 20-25 min pakistanlı gəlib".

Onun fikrincə bu qədər pakistanlı turistin Azərbaycana gəlişi Türkiyə, Misir və bir sıra ərəb ölkələrindəki vəziyyətlə bağlıdır. Səfir qeyd edib ki, qarşılıqlı turizmin inkişafının vacib aspekti birbaşa aviareyslərin açılmasıdır.

O vurğulayıb ki, ötən il İslamabad və Bakı arasında uçuşlar "Türk Hava Yolları" tərəfindən həyata keçirilsə də, bəzi maliyyə məsələləri ilə əlaqədar reys bağlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR