Bakıda gənc qız oğlan dostu ilə mübahisə zamanı kürəyindən bıçaqlanıb

Bakıda gənc qız oğlan dostu ilə mübahisə zamanı kürəyindən bıçaqlanıb
08:42 20 Oktyabr 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda gənc qız kürəyindən bıçaqlanıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Xəzər rayonunda baş verib.

Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralı tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları F.İbrahimovadan ilkin izahatı alarkən məlum olub ki, o, oğlan dostu ilə mübahisə zamanı bıçaqlanıb.

Fakt araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/592002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR