Neft fondundan büdcəyə köçürmənin həcmi artırılır

Neft fondundan büdcəyə köçürmənin həcmi artırılır
09:44 20 Oktyabr 2017
32 Digər
Ölkə mətbuatı
A- A+

 

2018-ci il dövlət büdcəsinə Dövlət Neft Fondundan (ARDNF) daxilolmaların (transfertin yuxarı həddi) həcmi açıqlanıb.

 

"APA-Economics" xəbər verir ki, növbəti il ARDNF-dən büdcəyə 9,216 mlrd. manatın transferti nəzərdə tutulub. 2017-ci ildə bu rəqəm 7,5 mlrd. manat və ya 1,716 mlrd. manat çox olub.

 

2018-ci il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat məbləğində kəsirlər icra olunacağı proqnozlaşdırılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR