Sürücülərə xəbərdarlıq

Sürücülərə xəbərdarlıq
10:38 20 Oktyabr 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün və sabah (20-21 oktyabr) saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq sürücülərə xəbərdarlıq edilib.

Məlumatda bildirilir ki, rənglənmə işlərinin aparılması ilə əlaqədar olaraq yolda hərəkət məhdudlaşdırılmır

“Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları və yol nişalarına uyğun hərəkət etmələri xahiş olunur”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/217676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR