Azərbaycan Körfəz ərəb dövlətləri ilə bir sıra sənəd imzalayıb

Azərbaycan Körfəz ərəb dövlətləri ilə bir sıra sənəd imzalayıb
11:07 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən Azərbaycan-Körfəz ərəb dövlətləri Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri biznes-forumu çərçivəsində bir sıra sənəd imzalanıb.
"Report" xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə KƏŞ ölkələri Ticarət Palataları Federasiyası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu, "Azpromo" ilə Səudiyyə Ərəbistanının Yanbu şəhəri Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu, habelə Azərbaycan Standartlaşma İnstitutu və KƏŞ Standartlaşdırma Təşkilatı arasında anlaşma memorandumu imzalanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-korfez-ereb-dovletleri-ile-bir-sira-sened-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR