Yaponiyda güclü qasırğa - ölən və yaralananlar var

Yaponiyda güclü qasırğa  - ölən və yaralananlar var
06:09 23 Oktyabr 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Honsü adasında baş verən güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 86 nəfər xəsarət alıb.

 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, “Lan” qasırğası ilə əlaqədar sahilboyu ərazilərdən insanlar təxliyə edilib, hava limanlarında 300 aviareys ləğv edilib, qatarların hərəkətində fasilələr yaranıb.

 

Vakayama prefekturasında 82 yaşlı kişi itkin düşüb. Hazırda “Lan” Xonsü adasının şimalına doğru hərəkət edir. Küləyin surəti vaxtaşırı saniyədə 45 metrə çatır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR