Qaçan məhkumlardan biri “Qoca”nın adamıdır - FOTO

Qaçan məhkumlardan biri “Qoca”nın adamıdır - FOTO
10:42 23 Oktyabr 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan şəhərinə aparılarkən qaçan məhkumlardan biri, Əli Ağami kriminal aləmə yaxın şəxsdir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o və qardaşı Zaur Ağami "Masallı Mamed"lə "Qoca" ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub.

Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən "razborka"dan sonra saxlanılıb. Həmin görüşdə "Kritoy Elvin" kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək  öldürüb. Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də "Abdulla" kimi tanınır. Bir pasportda o "Ağami Əli Rasim oğlu" kimi, digər pasportda isə "Hüseynov Abdulla Rasim oğlu" kimi qeydiyyata alınıb.

Ə.Ağami ölkədən çıxarkən saxlanılıb.

Həmin hadisədən 2 gün öncə isə Ə.Ağaminin qardaşı Zaur Ağami təqib olunaraq qəzaya salınıb və orada ölüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR