Azərbaycanda sevdiyi oğlandan ayrılan tələbə özün öldürmək istədi

Azərbaycanda sevdiyi oğlandan ayrılan tələbə özün öldürmək istədi
14:05 23 Oktyabr 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir Dövlət Univertsitetinin (MDU) tələbəsi sevdiyi oğlandan ayrıldığına görə intihara cəhd edib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Zərdab rayonundan olan tələbə qızın kirayə yaşadığı evdə baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü K.Z yaşadığı evdə çoxlu sayda dərman pereparatları qəbul edərək özünü öldürmək istəyib. Onunla birlikdə kiraydə qalan digər tələbələr dərhal K.Z-ni Mingəçevir Şəhər Xəstəxanasına çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, K.Z-nin müalicəsi davam etdirilir, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR