İtaliyadan gətirilmiş bitkilərdə təhlükə - Çıxış yolu məhv etməkdir

İtaliyadan gətirilmiş bitkilərdə təhlükə - Çıxış yolu məhv etməkdir
18:52 23 Oktyabr 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə növbəti dəfə zərərli orqanizm aşkar edilib.

21 oktyabr 2017-ci il tarixdə İtaliya Respublikasından Azərbaycan Respublikasına idxal edilən "Pittosporum tobira Ball" adlı dekorativ bitkilər üzərində növbəti dəfə karantn tətbiq edilən zərərli orqanizm aşkar olunub.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) Bakı-Abşeron rayonlararası Bitki Karantin Məntəqəsinin müfəttişləri tərəfindən həyata keçirilən növbəti fitosanitar baxış zamanı götürülmüş nümunələrin Respublika Karantin Ekspertiza Mərkəzində ekspertizası zamanı aşkar edilmiş zərərli orqanizmin karantin tətbiq edilən Avstraliya şırımlı yastıcası (Icerya purchasi Maskel, 1878) olması təsdiq edilib.

DFNX-dan Milli.Az-a verilən məlumata görə, karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq Dövlət Xidməti tərəfindən sirayətlənmiş bitkilərin məhv edilməsinə qərar verilib və bitkilər karantin tədbirləri sisteminə riayət edilməklə Sumqayıt şəhərinin "Təmizlik Departamenti" MMC-nin poliqonunda məhv edilib.

Avstraliya şırımlı yastıcası bəzək və dekorativ bitkilərlə yanaşı, sitrus bitkilərinə, çəyirdəkli və tumlu meyvə ağaclarından isə şaftalı, gavalı, armudun təhlükəli zərərvericisi hesab edilir. Zərərverici, Avropa, Afrika, Şimali, Cənubi və Mərkəzi Amerika, Avstraliya və Okeaniyada yayılıb. Yastıcanın zədələdiyi kol və ağacların yarpaqları mövsümündən əvvəl tökülür, fotosintez prosesi zəifləyir, məhsuldarlığı aşağı düşür və ağacların qısa müddət ərzində quruyub sıradan çıxmasına səbəb olurlar.

Aşkar olunmuş uyğunsuzluq barədə İtaliya Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına və Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatına növbəti dəfə notifikasiya göndərilib.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/593017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR