"Qarabağ" və "Zirə"nin məğlubiyyətsizlik seriyasına son qoyuldu

"Qarabağ" və "Zirə"nin məğlubiyyətsizlik seriyasına son qoyuldu
19:32 23 Oktyabr 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının ilk 8 turunu məğlubiyyətsiz arxada qoyan hər iki komanda həftəsonu keçirilən görüşlərdə seriyasının qırılmasına üzülüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, IX turadək ilk 2 pillədə qərarlaşan "Qarabağ"la "Zirə" səfər görüşlərində uduzmaqla mövsümdə ilk məğlubiyyətini alıb.

Sumqayıtda meydan sahiblərinə 1:2 hesabı ilə yenilən zirəlilər 14 matçlıq seriyanı davam etdirə bilməyib. Ayxan Abbasovun yetirmələri sonuncu dəfə 222 gün öncə uduzmuşdu. Bu il martın 13-də səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqdan sonra bakılılar ötən mövsümün 6, cari mövsümün 8 matçından xalsız ayrılmamışdı.

"Qəbələ"yə rəqib meydanında 0:1 hesabı ilə uduzan "Qarabağ"ın seriyası daha uzun sürüb. Ötən mövsüm son 8, cari mövsümdə isə 7 qarşılaşmada uduzmayan Qurban Qurbanovun yetirmələri 15 matçlıq seriya ilə vidalaşıb. 236 gündən sonra xalsız qalan ağdamlılar sonuncu dəfə fevralın 28-də "İnter"lə ev oyununda yenilmişdi - 0:1.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR