Ukrayna prezidentinə qarşı sui-qəsdin qarşısı alınıb

Ukrayna prezidentinə qarşı sui-qəsdin qarşısı alınıb
22:27 23 Oktyabr 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısı alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Məlumata əsasən, sui-qəsdin qarşısı oktyabrın 22-də P.Poroşenkonun Donetsk vilayətinin Avdeevka şəhərinə səfəri zamanı alınıb.
 
Həyata keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrupun iki üzvü müqavimət göstərərkən məhv edilib. Onların üzərilərindən xeyli sayda silah sursat aşkarlanıb. Cinayətdə əli olan digər şəxslərin axtarışı davam edir.
 
Qeyd edək ki, ötən gün P.Poroşenko Ukraynanın müdafiə naziri Stepan Poltorak ilə birgə Avdeevkada əməliyyat müşavirəsi keçirib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/593087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR