Qazaxıstan prezidentinin mətbuat xidməti: Nazarbayevin Azərbaycana səfəri oktyabrın 30-da baş tutacaq
Paylaş
61 baxış·1 dəq oxu
Bakı. 26 oktyabr. REPORT.AZ/ Oktyabrın 30-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana işgüzar səfər edəcək. "Report" xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin rəsmi internet saytında bildirilir. Səfər zamanı Prezident Nursultan Nazarbayev Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcək.