Yatan balinalar, dişi şiri parçalamağa hazırlaşan kaftarlar, püskürən vulkanın yamacı ilə axan lava... Bütün bunlar dünyanın ən nüfuzlu jurnallarından biri "National Geographic"in keçirdiyi "2017 National Geographic Nature Photographer of the Year" fotomüsabiqəsi davam edir.
Milli.Az dekabrın 12-də başa çatacaq müsabiqəyə göndərilmiş ən yaxşı fotoları təqdim edir.
Fotolar arasında Keniyadakı Ambuseli Milli Parkında çəkilmiş kadr xüsusilə diqqət çəkir.
Fotoqraf Adam Zaffın çəkdiyi, sanki, "aslanın erkəyi, dişisi olmaz" deyimini təsdiqləyən fotoda kaftarlarla dişi şir arasındakı qarşıdurma təsvir olunub.
Müsabiqənin baş mükafatını alacaq fotoqrafa 7500 dollar, fərdi kateqoriyalardakı qaliblərə isə 2500 dollar veriləcək.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin