Marneulidə şagirdlər sınaq imtahanlarında iştirak ediblər

Marneulidə şagirdlər sınaq imtahanlarında iştirak ediblər
11:22 6 Aprel 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 11:15 ]


Marneuli. Nizami Məmmədzadə - APA. Dünən Marneuli Gənclər Mərkəzinin (MGM) təşkilatçılığı ilə "Çay Evi"ndə Azərbaycan dilli məktəblərin yuxarı sinif şagirdləri üçün sınaq imtahanları keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sınaq imtahanlarına Gürcüstanın ali məktəblərinə qəbul zamanı vahid milli imtahanda gücünü sınamaq istəyən 200 azərbaycanlı şagird qatılıb.

 

MGM-nin meneceri Emin Əhmədov APA-ya açıqlamasında bildirib ki, sınaq imtahanlarının keçirilməsində əsas məqsəd azərbaycanlı şagirdləri milli imtahanlara hazırlamaqdır.

 

“Mütəmadi şəkildə həyata keçirdiyimiz belə tədbirlər şagirdlər üçün böyük əhəmiyyət kəsb edir. Sınaq imtahanlarında gələcək abituriyentlər təcrübə toplayır. Bu imtahanların nəticəsi çox müsbət olur. Ən başlıcası odur ki, şagirdlər sərbəst şəkildə imtahan vərəqəsini doldurmaqda və ixtisas seçməkdə çətinlik çəkmir”, - deyə o vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR