Tarif Şurasının səlahiyyətlərini bölüşəcəklər?

Tarif Şurasının səlahiyyətlərini bölüşəcəklər?
14:17 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən malların, xidmətlərin qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericliyə bəzi dəyişikliklərin edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə fəaliyyətinin hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən mallar (işlər və xidmətlər) üzrə vahid yanaşmanın mövcud olmaması bir sıra hallarda müvafıq malların (işlərin və xidmətlərin) qiymətlərinin düzgün formalaşmamasına və nəticə etibarilə vergilərin dövlət büdcəsinə səfərbər olmamasına təsir göstərir. Bunlar isə istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.

“Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlər və xidmətlər) Siyahısı”na daxil olan malların, xidmətlərin qiymətlərinin yalnız Tarif Şurası tərəfindən deyil, müxtəlif dövlət orqanları tərəfindən tənzimlənməsinə səlahiyyətin verilməsi qanunvericilikdə bəzi dəyişikliklərin edilməsini zəruri edir.

Palata bunları nəzərə alaraq, qiymətlərin dövlət tənzimlənməsi sahəsində vahid yanaşmanın tətbiq olunması məqsədi ilə qanunvericilik aktlarına müvafıq dəyişikliklərin edilməsini təklif edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/333071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR