Niyam Salami Kayahanın xatirəsinə mahnı oxudu - VİDEO

Niyam Salami Kayahanın xatirəsinə mahnı oxudu - VİDEO
15:34 6 Aprel 2015
72 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Niyam Salami bir neçə gün öncə dünyasını dəyişən Türkiyənin tanınmış müğənnisi Kayahanın xatirəsinə mahnı ithaf edib.

 

Lent.az-a açıqlama verən ifaçı deyib ki, o, Kayahanın illər öncə ifa etdiyi “Seni versinlər ellərə” adlı bəstəni lentə aldırıb: “Kayahanın ölüm xəbəri məni çox üzdü. Kiçik yaşlarımdan onun mahnıları ilə böyümüşük. Hamı kimi biz də bu dünyaya qonağıq. Amma tarixdə elə insanlar var ki, elə bu dünyada yaşayarkən tarixləşir. Məsələn, Kayahan. Mərhum həmin sənətçilərdəndir ki, dünyasını dəyişsə də bir çox insanların yaddaşında qalacaq. Ölüm haqdır, çıxmaq olmaz əmirdən. Allah o dünyasını versin. Mən də bir sənətçi kimi onun ruhunu şad etmək üçün özünün repertuarından olan “Seni versinlər ellərə” mahnısını ifa etdim. Necə alındığını isə dinləyicilər qiymət verə bilər”. 

 











Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR