Radio dinləyirsinizmi? - SORĞU

Radio dinləyirsinizmi? - SORĞU
16:19 6 Aprel 2015
44 Sosial
Ölkə mətbuatı
A- A+

İnternetin sürətli inkişafı insanların informasiyaya çıxış imkanlarını asanlaşdırıb. Bu gün hər kəs mobil telefon, kompüter vasitəsilə istənilən mənbədən ən qısa zamanda informasiya əldə edə bilir. Mövcud durum bir zamanlar hamının əsas informasiya mənbələrindən olan radionu arxa plana keçirib. Maraqlıdır, paytaxt sakinləri yenə də radioya əvvəlki kimi həvəslə qulaq asırlarmı? Yaxud ümumiyyətlə radionu dinləyən varmı? APA TV bununla bağlı paytaxt küçələrində sorğu keçirib.

 

“Heç bir şeyə qulaq asmıram. Ümumiyyətlə radionu açmıram”.

 

“Xeyr, demək olar ki, qulaq asmıram. Qulaq asanda adətən gecələr musiqilərə qulaq asıram. Sadəcə vaxtımı keçirtmək üçün. Verilişlərə qulaq asmıram”.

 

“Xeyr, qulaq asmıram. Oradakı musiqilər xoşuma gəlmir. Verilişlərə də qulaq asmıram”.

 

“Ümumiyyətlə Azərbaycan televiziyalarından, radiolarından uzağam”.

 

“Radioda çox vaxt xəbərlərə qulaq asıram. Musiqilərə qulaq asmıram”.

 

“Dialoqlar olur, onlara qulaq asıram. Mövzular olur, ayrılıq mövzusu, xoşum gəlir onlara qulaq asmaqdan. Avtobus sürücüləri, taksi sürücüləri zəng edirlər, xoşum gəlir. Zövq alıram dəhşətli dərəcədə. Musiqilərdən xoşum gəlmir, qulaq asmıram. Axşamlar olur arada caz-filan verirlər, qulaq asıram. Bir də tıxac olanda sürücülər zəng edirlər, onlardan müsahibə alırlar, çox xoşum gəlir”.

 

“Xeyr, qulaq asmıram. Xoşuma gəlmir. Dinləyəcəyim adam yoxdur, ona görə. Arada olur lo, avtobusda eşidirəm. Tıxacla bağlı mövzular olur, sevgi məhəbbətlə bağlı mövzular olur, mahnı haqqında sual verirlər, kimsə tapır. Amma ümumilikdə bəyənmirəm”.

 

“Mən bir qız var, onun səsinə görə qulaq asıram. Səsi, seçdiyi mövzular xoşuma gəlir”.

 

“Ancaq şeirlərə, mahnılara qulaq asıram”.

 

“Mahnılara, bir də xəbərlərə qulaq asıram. Xoşuma gəlir, lazımlıdır”.

 

“Mahnılara qulaq asıram, çox vaxt. Bir də avtomobillə bağlı bir verilişə. Maraqlı, şən suallar olur. O xoşuma gəlir. Həddindən  artıq çox reklamlar olur, radioda onu bəyənmirəm. Beş dəqiqədən bir fasiləsiz reklamlar olur. Musiqilər yaxşı olur. Hamısının öz vaxtı var - Azərbaycan musiqisinin öz vaxtı, xarici musiqilərin öz vaxtı”.

 

“Bəli, dinləyirəm. Xoşuma gəlir. Hamısına olmasa da, müəyyən vaxt olanda qulaq asıram. Verilişlərə qulaq asıram. Yaxşı xəbərlərə qulaq asıram. Yaxşı aparıcı var ki, tarixdən danışır, onlara qulaq asıram. Əvvəlkilərin vaxtı, saatı var idi. Bilirsən ki, filan vaxtı filan veriliş olacaq. İndi onun dəqiqəsi, saatı olmur. Açırsan, görürsən ki, veriliş aparırlar. Qulaq asıram, xoşuma gəlməyəndə söndürürəm”.

 

“Ən çox muğama qulaq asıram. Radioda ən çox xəbərlərə  qulaq asıram. Musiqiləri, şən mahnıları dinləyirəm. Demək olar ki, çoxu xoşuma gəlmir. Ən çox reklamlar xoşuma gəlmir. Yersiz-yersiz mahnılar verirlər. Hal-hazırda həkim verilişi gedir. Bu tip verilişlər xoşuma gəlir.

 

“Nə vaxt açırsan həkimlər danışır. Xəstəlikdən danışırlar. Adamın kefini pozurlar. Şən musiqilər, mahnı versinlər. Mən ən çox estrada mahnılarına qulaq asıram. Arada lirika olanda, qulaq asıram. Çox vaxt reklamlar verirlər, onlar adamı bezdirir. Müştərinin zövqünə uyğun özümdə disklər var, nəyə qulaq asmaq istəyirsə, onu qoyuram. Çox vaxt müştərilər deyirlər ki, bağla radionu. Səbəb tapır. Deyir başım ağrıyır, ya nə isə kefim yoxdur, səsi başıma düşür. Deyir ki,  söndür, söndürürəm”.

 

“Bilirəm ki, bu saat radioda səhv etmirəmsə, “Muğam dünyası” verilişi gedir. Ümumiyyətlə mən xəbərləri xoşlayıram. Birdə milli musiqimizi xoşlayıram. Ümumiyyətlə xoşuma gəlir. Ən çox milli musiqimiz”.

 

Mövzu ilə bağlı APA TV-nin səhifəsində də sorğu keçirilib. Sorğuda iştirak edən respondentlərin 50 faizi radio dinlədiyini deyib, 40 faiz respondent isə hərdən radioya qulaq asdığını bildirib. İştirakçıların 10 faizi isə ümumiyyətlə radioya qulaq asmadığını deyir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR