Azərbaycanda 12 mina zərərsizləşdirilib

Azərbaycanda 12 mina zərərsizləşdirilib
16:51 6 Aprel 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən bu ilin martında 1,886,457 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANS PRESS-in məlumatına görə, 77 ədəd partlamamış hərbi sursat, 4 ədəd tank əleyhinə və 8 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 117 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb olunub. Bu ilin mart ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Ümumiyyətlə, indiyədək cəmi 283,053,372 kvadratmetr ərazi təmizlənib, 689,960 ədəd mina və PHS-lər tapılaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə şəhərində, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR