"Report"un Şirvan bürosu xəbər verir ki, bu, bıçaqlanan şəxslə həmyaşıd olan Osmanov Bəybala Murad oğludur.
O, hadisəni törədikdən sonra ərazidən qaçıb. Hazırda polislər onun tapılaraq istintaqa cəlb edilmısi yönündə əməliyyat-axtarış tədbirlərini davam edirir.
Yaralının vəziyyəti ağırdır.
***22:24
Şamaxı. 5 noyabr. REPORT.AZ/ Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, 1996-cı il təvəllüdlü Abbasov Tural İntiqam oğlu naməlum şəraitdə bıçaqlanıb.
İlkin məlumata görə, insident mübahisə zəminində baş verib. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.