Qurumun yaydığı məlumata görə, 6 nömrəli bağçada otaqların qızdırılması üçün dizel yanacağından istifadə olunur ki, bu da həm təhlükəlidir, həm də otaqların qızdırılmasına kifayət deyil. Habelə mətbəx işçiləri uniformayla təmin olunmadığı və işçilər tibbi müayinədən keçirilmədiyi deyilir:
"Bağçalarda gündəlik menyu tərtib edilir. Amma standarta əsasən, menyu hər bir müəssisədə qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik tərtib olunmalıdır. Həmçinin, bişirilmiş yeməklərin gündəlik nümünəsinin götürülmüsi zanamı normativ sənədin tələbinə riayət olunmur. Belə ki, gündəlik nümünə 100 qramdan az olmayaraq yemək və qarnir nümünələri həcmində qapalı steril şüşə qablarda götürülməli və 48 saat müddətində xüsusi soyuducuda və ya soyuducuda ayrılmış xüsusi yerdə 2-60 C saxlanılmalıdır. Lakin nümünələr adi qablarda götürülərək soyuducuda xammalla bir yerdə saxlanılır", - deyə Komitənin məlumatında bildirilir.
Aşkar edilmiş bu və digər nöqsanların aradan qaldırılması üçün müəssisənin rəhbərinə iradnamə, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.