Türkiyə "Eurovision 2015" Mahnı Müsabiqəsinə qatılmayacaq

Türkiyə "Eurovision 2015" Mahnı Müsabiqəsinə qatılmayacaq
17:05 6 Aprel 2015
53 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsində iştirak etməyəcək
“Eurovision”un mətbuat xidmətindən APA-ya bildirilib ki, bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur: “Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə “Eurovision 2015”-də iştirak etməyəcək”.

Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqədə iştirak edəcəyini açıqlamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR