Dövlət idarəsinin işini o görür

17:17 6 Aprel 2015
47 Sosial
Ölkə mətbuatı
A- A+

Tovuz sakini digərlərinə örnək ola biləcək işlə məşğuldur. O, rayonun çala-çuxurlu yollarını öz hesabına düzəltməklə avtomobillərin rahat hərəkət etməsini təmin edir.

Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzun Yuxarı Öysüzlü kənd sakini olan Yaşar Əliyev yaşadığı kənddən yığdığı xırı asfalt yolda dağılan, böyük çalalar yaranan hissələrə tökməklə gediş-gəlişi asanlaşdırır. Yaşar Əliyevin sözlərinə görə, yolların çala-çuxurlu olması avtomobillərin tez sıradan çıxmasına səbəb olur ki, o da bunu nəzərə alıb bu xeyirxah işi görüb.

Yollardan istifadə edən sürücülər də kənd sakininin bu işini alqışlayır. Bu halın baş verə biləcək qəzaların qarşısını almış olduğunu deyirlər.

Qarabağ veteranı olan Yaşar Əliyev öz avtomobilinə yükləyib gətirdiyi bu materialla Öysüzlü kəndindən Tovuz Xəstəxanasına qədər olan ərazini tam düzəldəcəyini bildirir. Tovuz rayonu ilə Yuxarı Öysüzlü və Əlibəyli kəndlərini birləşdirən yol asfaltlansa da, yolda böyük çalalar yaranıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR