Serbiyanın keçmiş prezidenti Ukrayna və Türkiyənin sabiq prezidentləri ilə görüşüb

Serbiyanın keçmiş prezidenti Ukrayna və Türkiyənin sabiq prezidentləri ilə görüşüb
15:42 9 Yanvar 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 15:40 ]


Bakı - APA. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Serbiyanın sabiq prezidenti Boris Tadiç Mərkəzin regionda təhlükəsizlik və beynəlxalq əməkdaşlığın təmin edilməsi layihəsi çərçivəsində Ukrayna və Türkiyədə səfərdə olub.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ukrayna səfəri çərçivəsində Boris Tadiç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - Ukraynanın eks-prezidentləri Leonid Kravçuk, Leonid KuçmaViktor Yuşşenko ilə görüşərək müzakirələr aparıb.

 

O, həmçinin ölkənin xarici işlər naziri Pavlo Klimkin, Kiyev meri Vitali Kliçko ilə də görüşlər keçirib, Ukraynanın Diplomatiya Akademiyasında mühazirə oxuyub.


Boris Tadiç Türkiyə səfəri zamanı sabiq həmkarı, Türkiyə Cümhuriyyətinin 11-ci prezidenti Abdullah Güllə görüşüb. Görüş zamanı Mərkəzinin beynəlxalq fəaliyyəti, o cümlədən bu ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub.


Qeyd edək ki, Nizami Gəncəvi irsinin araşdırılması, eləcə də dünyada təbliği məqsədilə 2012-ci ildə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti dünyanın nüfuzlu ictimai-siyasi xadimlərindən ibarətdir. Qurum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində forum və toplantılar təşkil edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR