Fədayə Laçının bacısı İlahə Fədanın müğənni Tacir Şahmalıoğlunun ünvanına səsləndirdiyi fikirlər Taciri özündən çıxarıb.
Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən müğənni bunları deyib:
"Eşitdim o qız ağzına gələni danışıb. Ayıb olsun. Məni bütün Azərbaycan tanıyır, sənətimi də hamı dəyərləndirir. Necə yəni, mən müəllim deyiləm?! Necə yəni Fədayə ilə duet oxuyandan sonra tanınmışam?! Boş-boş söhbətləri ortaya atmasın. Fədayənin hirsini məndən çıxır, deyəsən. Mən neyləməliyəm? Gül kimi arvadım, uşaqlarım var, ailəli adamam. Arvad-uşağı atıb Fədayənin dalınca düşməliyəm. Fədayənin öz səhvidir, özü günah işləyibsə, günahının da cəzasını özü çəksin, məni ortalığa atmasınlar. Elə hamı Fədayəni məndən soruşur".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində