TUMİB Qəbələdə gəncləri Azərbaycançılıq ideologiyası ilə fəxr etməyə çağırıb

TUMİB Qəbələdə gəncləri Azərbaycançılıq ideologiyası ilə fəxr etməyə çağırıb
21:03 6 Aprel 2015
201 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə Qəbələ şəhər Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində baş tutub.
TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qəbələ Regional QHT -lərin Resurs və Təlim Mərkəzinin icraçı direktoru Anar Məhərrəmov iştirakçılara təlim mövzusu haqqında məlumat verib, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğundan danışıb. Qeyd edib ki, təmsil etdiyi təşkilat analoji tədbirlərin keçirilməsində həmişə yaxından iştirak edir.
Qəbələ Şəhər Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov qəbələli gənclərin potensialını üzə çıxarmaq üçün müxtəlif layihələrin həyata keçirildiyini bildirib. E.Kazımov deyib ki, xarici ölkə vətəndaşları ilə sıx təmasda olduqları üçün turizm sektorunda çalışan insanların Azərbaycançılıq məfkurəsini daha dərindən öyrənməsinə ehtiyac var.
TUMİB sədri Çingiz Bayramov öncə layihə haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclər arasında Azərbaycançılıq məfkurəsini daha çox təbliğ etmək, ölkəmizdə vətənpərvər ruhlu, ziyalı gənclərin yetişməsinə təkan verməkdir. Həmçinin Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı konfranslar, şeir, mahnı, rəsm və respublikamızın gənc jurnalistləri arasında yazı müsabiqəsi keçirməkdir.
TUMİB sədri tədbir iştirakçılarını müsabiqələrdə yaxından iştirak etməyə çağırıb.
Sonda tədbir iştirakçılarına TUMİB-in diplomlar təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TUMIB_Qebelede_gencleri_Azerbaycanchiliq_ideologiyasi_ile_fexr_etmeye_chagirib-844043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR