Bakıda və Ucarda ev yandı

Bakıda və Ucarda ev yandı
21:31 6 Aprel 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda və Ucarda yanğın baş verib.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ucar rayonu, Bərgüşad kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336242

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR