Türkiyədə İŞİD-ə qarşı növbəti əməliyyat -

Türkiyədə İŞİD terror təşkilatıyla əlaqədə şübhəli bilinən şəxslərin həbsləri davam edir.

Metbuat.az-ın məlumatına görə, İstanbulda-14 müxtəlif ünvanda keçirilən əməliyyatlar zamanı 90-a qədər şübhəli saxlanılıb. Onların hamısı əcnəbilərdir.

Şübhəlilərin evlərində axtarışlar zamanı çoxlu sayda sənəd, telefon danışıqlarının siyahısı və digər rəqəmsal materiallar aşkar edilib. İlkin dindirmələr zamanı məlum olub ki, onlar Türkiyə vasitəsilə Suriya və İraqa gedərək İŞİD-in sıralarına qoşulmaq istəyiblər.

Xatırladaq ki, dünən Ankarada keçirilmiş əməliyyat zamanı 149 şübhəli saxlanmışdı.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR