Dubayda əyləncə gecəsində iştirak edən 28 nəfər saxlanıldı

Dubayda əyləncə gecəsində iştirak edən 28 nəfər saxlanıldı
02:34 7 Aprel 2015
58 Dünya
Ölkə mətbuatı
A- A+

Dubayda yaxtada əyləncə gecəsində iştirak edən 28 nəfər saxlanılıb.

 

Lent.az-ın “anspress.com”-a istinadən verdiyi məlumata görə, polis əyləncə gecəsi zamanı əməliyyat keçirib. Əyləncə gecəsində 15 kişi və 13 qadın iştirak edib. İki kişi və üç qadın bir il həbs cəzasına məhkum edilib. Onların yaxtada əxlaqsız işlərlə məşğul olduğu bildirilir.

 

Bir neçə nəfər ölkədən deportasiya olunub. Qeyd edək ki, həbs edilən iki kişi nəfər hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

 

Əyləncə gecəsinin daha doqquz iştirakçısı isə təxminən 544 dollar lisenziyalaşdırılmamış alkoqoldan istifadəsinə görə cərimə olunub.

 

Yaxtada olanların arasında Birləşmiş Əərəb Əmirliyi, İran, Komorski adaları, Yəmən, Oman, Səudiyyə Ərəbistanı və Mərakeş vətəndaşları olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR