Şəkidə nənənin nəvəsi tərəfindən qətlə yetirilməsinin

Şəkidə 1938-ci il təvəllüdlü Nüvər İbrahimxəlil qızı Sadıqovanın qız nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Məlumata görə, cinayəti törədən 30 yaşlı Reyhan Davudovadır.

O, ruhi xəstədir və xəstəliyi ilə bağlı bir neçə dəfə müalicə olunub. Hadisə baş verən vaxt R. Davudova evdə nənəsi ilə tək olub. O, ilk öncə nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə dəfə zərbə endirib.

R.Davudova qətli törətdikdən sonra taksiyə əyləşərək polis şöbəsinə gedib və törətdiyi cinayəti etiraf edib.

Nüvər Sadıqova dəfn edilib. Qeyd edək ki, yaxın günlərdə N. Sadıqovanın digər nəvəsinin toy mərasimi olacaqdı.//Report

Bu suala görə jurnalistin burnunu sındırdı - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR