7 yaşlı uşağı zorlayıb yandırdılar

7 yaşlı uşağı zorlayıb yandırdılar
07:41 7 Aprel 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda növbəti dəfə vəhşicəsinə zorlama hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, “Bild” qəzeti iki nəfərin 7 yaşlı oğlan uşağını zorlayaraq daha sonra yandırdığını bildirib.

Hindistanın Mumbay şəhəri yaxınlığındakı hadisə azyaşlı mağazaya gedərkən baş verib.

Azyaşlı uşağın təcavüzçülərə müqavimət göstərdiyi üçün yandırıldığı bildirilib.

Bədənində 30 faiz yanıq xəsarəti yaranan uşağın ölmədiyi və Mumbaydakı xəstəxanalardan birində olduğu bildirilir.

Qeyd edək ki, statistikaya görə Hindistan zorlama hadisələrinə görə dünyada birinci yerdədir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336304

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR