Bakıda neft-qaz sənayesinin inkişafına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

10:32 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 10:27 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Aprelin 9-10 tarixlərində Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə növbəti - VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı keçiriləcək.

 

Bu barədə “APA-Economics”ə Bakı Ali Neft Məktəbindən (BANM) məlumat verilib.

 

Artıq 8-ci ildir ki, keçirilən bu ilki konfransın təşkilatçıları Böyük Britaniyanın “Confidence Capital” şirkəti və BANM-dır.

 

Hər il olduğu kimi bu konfrans da müasir Azərbaycanın dinamik inkişafını təmin etmiş neft strategiyasının banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunub.

 

Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinləniləcək.

 

Konfrans həm də Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR