Bakı metrosu I Avropa Oyunları üçün könüllüləri əməkdaşlığa dəvət edir

10:52 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 10:45 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bakı Metropoliteni” QSC I Avropa Oyunları zamanı könüllü bələdçi olmaq istəyənləri əməkdaşlığa dəvət edir.

 

Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, könüllülərin işi metronun loqotipi olan xüsusi geyimdə metro stansiyalarında insanlara bələdçi olmaqdan ibarət olacaq.

 

Könüllü ingilis dilində sərbəst danışmağı bacarmalı, həmçinin Azərbaycanın tarixi haqqında məlumatlı olmalıdır. Digər xarici dilləri bilmək təqdirəlayiqdir.

 

İş rejimi, iyunun 12-dən 28-i tarixinədək olmaqla hər gün 6-7 saat təşkil edir.

 

Könüllü olmaq istəyənlər müvafiq anketi doldurub, 27 aprel 2015-ci il tarixinə kimi, volunteer@metro.gov.az ünvanına göndərə bilərlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR